"Sözün sabahı: Türk dünyasının gənc şairlər festivalı" keçirildi - FOTO

 18:28 17.07.2026     632

İyulun 17-də Vaqif Poeziya Günləri çərçivəsində Ağdam Muğam Mərkəzində "Sözün sabahı: Türk dünyasının gənc şairlər festivalı" keçirilib.

Redaktor.az-ın məlumatına görə, açılış mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, beş il əvvəl doğma Şuşada yenidən bərpa olunan bu poeziya bayramı ildən-ilə əhatə dairəsini genişləndirir. 

Qeyd olunub ki, hazırda dövlət tərəfindən Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri milli mədəniyyətimizin dirçəlişini bütün dünyaya aydın şəkildə nümayiş etdirir.
TÜRKSOY-un baş katibi Sultan Raev deyib ki, xalqları bir-birinə bağlayan ən böyük qüvvə mədəniyyət, Türk dünyasını birləşdirən ən güclü körpülərdən biri də ədəbiyyatdır. Məhz bu ortaq mədəniyyət türk xalqlarını eyni dəyərlər ətrafında sıx şəkildə bir araya gətirir. 

Sonra Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Ankara Sosial Elmlər Universitetinin rektoru professor Musa Kazım Arıcan və Türkiyə Yazıçılar Birliyinin sədri Muhammed Enes Kalanın çıxışları dinlənilib.

Bildirilib ki, festival müxtəlif ölkələrdən olan gənc şairlər arasında yaradıcılıq mübadiləsinin aparılması, yeni ədəbi əlaqələrin qurulması və ortaq mədəni dəyərlərin təbliği baxımından mühüm platformadır.

Çıxışlardan sonra türk dövlətlərindən olan şairlər özlərinin şeir nümunələrini səsləndiriblər.

Nümunələr münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra qaliblər müəyyənləşdirilib.

2222222222222222222222
Vumart və Güvən reklamı Vumart Güvən