Mədəniyyət məktəblərinə qəbul nəticələri AÇIQLANDI – Son tarix 15 avqustdur
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə 2026/2027-ci tədris ili üzrə I sinfə şagird qəbulu müsabiqəsinin ixtisas və məktəb seçimi mərhələsinin nəticələri elan olunub.
Bu barədə Redaktor.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, namizədlər nəticələri qeydiyyatdan keçdikləri "MyCulture" vahid şəxsi kabineti və exam.culture.az portalı vasitəsilə öyrənə bilərlər.
Qəbul olunan namizədlərdən tələb olunan sənədləri 15 avqust 2026-cı il saat 18:00-dək "MyCulture" şəxsi kabinetinin müvafiq bölməsinə yükləməklə qəbullarını təsdiqləmələri xahiş olunur.
Mədəniyyət Nazirliyi yeni tədris ili münasibətilə bütün şagird və müəllimlərə uğurlar arzulayıb.














