Tofiq Bakıxanov dəfn edildi - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib.
Redaktor.az xəbər verir ki, dəfn mərasimində dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, mərhumun sənət dostları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, dəfndən əvvəl Xalq artisti Tofiq Bakıxanovla Təzə Pir məscidində vida mərasimi keçirilib.
Xatırladaq ki, Tofiq Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib.
***
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib.
Redaktor.az xəbər verir ki, vida mərasimi Təzə Pir məscidində keçirilir.
***
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilir.
Redaktor.az xəbər verir ki, mərasimdə dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, mərhumun sənət dostları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, Xalq artisti II Fəxri xiyabanda dəfn ediləcək.
Xatırladaq ki, Tofiq Bakıxanov avqustun 23-ü 96 yaşında vəfat edib.













