Mədəniyyət sahəsində dövlət monitorinqinin əhatə dairəsi genişləndirildi - QƏRAR

 00:52 10.09.2026     367

Azərbaycanda mədəniyyət sahəsində dövlət monitorinqinin aparılması ilə bağlı qaydalarda dəyişiklik edilib.

Redaktor.az xəbər verir ki, Nazirlər Kabinetinin 9 sentyabr tarixli qərarı ilə mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi qaydaları yeni qanunvericiliyə uyğunlaşdırılıb.

Dəyişikliyə əsasən, qaydalarda işlədilən “mədəniyyət sənayesi” anlayışı “mədəni və yaradıcı sənaye” ifadəsi ilə əvəzlənib.

Bu dəyişiklik dövlət monitorinqinin mədəniyyət və yaradıcı sənaye sahələrinə münasibətdə tətbiq edilən terminologiyasını genişləndirir.

Belə ki, qaydaların ayrı-ayrı bəndlərində “mədəniyyət sənayesinin” əvəzinə “mədəni və yaradıcı sənayenin” ifadəsi işlədiləcək.

Həmçinin qaydaların müvafiq hissəsində “mədəniyyət, o cümlədən əyləncə sənayesinin” ifadəsi də “mədəni və yaradıcı sənayenin” ifadəsi ilə əvəz olunub.

Bununla əlaqədar sənədin “Mədəniyyət sənayesinin...” adlı hissəsinin adı da dəyişdirilərək “Mədəni və yaradıcı sənayenin...” formasında müəyyənləşdirilib.

Nazirlər Kabinetinin qərarı “Mədəniyyət haqqında” Qanunda 2026-cı ildə edilmiş dəyişikliklərin tətbiqi ilə əlaqədar qəbul edilib.

Beləliklə, mədəniyyət sahəsində dövlət monitorinqi ilə bağlı qaydalar yeni qanunvericilikdə müəyyən edilmiş “mədəni və yaradıcı sənaye” anlayışına uyğunlaşdırılıb.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən