Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul etdi - FOTO

 16:44 24.09.2026     84

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda keçirilən vətəndaş qəbulları davam edir.

Redaktor.az xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən sentyabrın 24-də Naxçıvan şəhərində növbəti vətəndaş qəbulu keçirilib. 

Əvvəlcə nazir Ümummilli Liderin Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında ucaldılmış abidəsi önünə tər çiçək dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla yad edib.

Sonra memar Əcəmi Naxçıvaninin 900 illik yubileyi münasibətilə şəhərin “Əcəmi seyrangahı” istirahət kompleksində qoyulmuş heykəli də ziyarət edilib. Qeyd edək ki, abidə bu ilin 11 avqust tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılıb.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində keçirilən qəbulda Naxçıvan şəhəri ilə yanaşı, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Vətəndaşların müraciətləri əsasən məşğulluq, mədəniyyət sahəsi ilə bağlı layihə və təkliflər, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, diqqətə çatdırılan hər bir məsələnin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

222222222
Vumart və Güvən reklamı Vumart Güvən