Mədəniyyət nazirinə müavin təyin EDİLDİ
Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib.
Redaktor.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb. Sərəncama əsasən, Fazil Məmmədov Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini təyin edilib.
Qeyd edək ki, o, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini vəzifəsində çalışıb.













