Tərlan Quliyev vəfat ETDİ
Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə Beynəlxalq Muğam Mərkəzi məlumat yayılıb.
Qeyd edək ki, T.Quliyev Azərbaycan ədəbiyyatşünaslığının inkişafına mühüm töhfələr verib, klassik ədəbiyyatımızın, əruz vəzninin, qafiyəşünaslığın və mətnşünaslığın tədqiqində özünəməxsus xidmətləri ilə seçilib.
O, eyni zamanda, “Kitabi-Dədə Qorqud”un Vatikan nüsxəsinin müasir Azərbaycan əlifbasına çevrilərək nəşr olunması ilə mətnşünaslıq sahəsində də mühüm işlər görüb.













