“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

 15:56 17.10.2026     76

12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Ən çox oxunan müəllif 2026” nominasiyası üzrə “Öz yazarını seç” adlı onlayn səsvermə keçirilir.

Bu barədə Redaktor.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bidirilib ki, oxucular 50 müəllif arasından seçim edərək sevimli yazıçılarına dəstək ola bilərlər. Səsvermə oktyabrın 25-dək davam edəcək.

Səs vermək üçün yazar.bakubookfair.az saytına daxil olmaq və ya afişadakı QR-kodu skan etmək kifayətdir.

Səsvermənin nəticələrinə əsasən qaliblərin mükafatlandırma mərasimi 26 oktyabr 2026-cı il tarixində keçiriləcək.

Siyahı nəşriyyatların, kitab mağazalarının və kitabxanaların təqdim etdiyi təkliflər əsasında hazırlanıb.

Vumart və Güvən reklamı Vumart Güvən