Kitab sərgisinin builki devizi AÇIQLANDI

 10:52 19.10.2026     72

“Bu müasir dövrdə biz kitab oxumağı, kitabı təbliğ etməyi cəmiyyətimizə daha çox inteqrasiya etməliyik və bu, bizim əsas gündəlik vəsaitlərimizdən biridir”.

Redaktor.az xəbər verir ki, bunu XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı keçirilən mətbuat konfransında Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı Rəvanə Abdullayeva dedi.

“Bu istiqamətdə Mədəniyyət Nazirliyi 21-27 oktyabr tarixlərində Bakı Expo Mərkəzində XII Beynəlxalq Kitab Sərgisinin təşkili ilə sizləri sevindirəcək.

Bu il bizim kitab sərgimizin çox maraqlı devizi var: “Həyat ekrandan böyükdür: bir kitab, üç kitab, bir böyük dünya”.

Biz bu deviz altında şəxslərimizi kitab təbliğinə sövq etməyi qarşımıza məqsəd qoymuşuq.

Bugünkü mətbuat konfransında toplaşmağımızın əsas məqsədi XII Beynəlxalq Kitab Sərgisi ilə bağlı sizləri məlumatlandırmaq, sərgidə olacaq tədbirlər barədə sizə geniş məlumat verməkdir”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən