“Bitmiş bir ölkənin ədəbiyyatının mirası hələ də Azərbaycanda görünür” - Orxan Fikrətoğlu
“Tarixin öz zaman anlayışı var və nə zamansa, hansı məqsədləsə, artıq sizlər məndən də yaxşı bəyan elədiniz, bitmiş bir ölkənin ədəbiyyatının mirası bu gün Azərbaycanda hələ də, xüsusilə qanunvericilikdə və ədəbi prosesin iştirakçılarının hüquq və öhdəliklərində görünməkdədir”.
Redaktor.az xəbər verir ki, bunu XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı keçirilən mətbuat konfransında Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu dedi.
“Bizim Vasif müəllim bizim bugünkü Mədəniyyət Nazirliyinin komanda heyətinin öhdəliyi yeni ədəbi mühiti, ədəbiyyatın formalaşmasını, kitab prosesinin təkmilləşməsini həyata keçirməkdir. Nə yazıq ki, bu çətin yük bizim payımıza düşdü, bizim dövrümüzə düşdü. Ona görə ki, bu günə qədər ədəbi prosesdə, ədəbiyyatın formalaşmasında, məsələn, yazıçının, naşirin, kitab sahibinin hüquq və öhdəlikləri tam olaraq tənzimlənməyib.
Ona görə də bizimlə birlikdə Mədəniyyət Nazirliyinin həyata keçirdiyi səylərlə, qanunvericilik məsələləri, hüquq anlayışları və iqtisadi münasibətlər, düşünürəm ki, bizim həyata keçirdiyimiz addımlardan sonra dövlətçilik zəminində təşkilatlanacaq, tənzimlənəcək”.
Aytəkin TOFİQQIZI












