Kitab sərgisinə gedənlər üçün vacib dəyişiklik - Marşrutlar yalnız bir metrodan təşkil ediləcək

 11:11 19.10.2026     72

“Ötən il kitab sərgisinə getmək üçün üç istiqamətdən marşrutlar təşkil olunmuşdu: 28 May, Elmlər Akademiyası və Koroğlu metro stansiyalarının yanından Bakı Expo Mərkəzi istiqamətinə”.

Redaktor.az xəbər verir ki, bunu XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı keçirilən mətbuat konfransında Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə bildirdi.

“Təəssüf olsun ki, şəhərimizdəki tıxac problemi səbəbindən 28 May metrosundan çıxan marşrutlarda yolda gecikmələr olurdu. Hətta bir saat yarım, iki saat gecikmələr olurdu. Ona görə orada müəyyən sıxıntılar yaranırdı.

Bu səbəbdən biz bu il qərar qəbul etdik ki, marşrutları yalnız Koroğlu metrostansiyasından təşkil edək. Biz oradakı yükü də Koroğlu metrostansiyasına yönəldək.

Koroğlu metrostansiyasından Expo Mərkəzinə və geriyə daha tez-tez, daha qısa intervallarla birbaşa marşrut xidmət göstərəcək”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən