ABŞ, İngiltərə və Səudiyyə Ərəbistanı Bakı Kitab Sərgisində iştirak edəcək - AÇIQLAMA
“Bu il kitab sərgisində ABŞ, İngiltərə və Səudiyyə Ərəbistanı da iştirak edəcək. Ən əsası, Orxan müəllim bayaq Azərbaycan Mədəniyyət Nazirliyinin kitab siyasəti ilə bağlı danışdı və Frankfurtu da qeyd etdi”.
Redaktor.az xəbər verir ki, bunu XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı keçirilən mətbuat konfransında Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə vurğuladı.
“Frankfurtda Bakı Kitab Sərgisində iştirakla bağlı təxminən 40-dan çox görüş keçirmişik ki, bu da xaricdəki tərəfdaşlarımızın gələcək illərdə Bakı Kitab Sərgisində iştirakını təmin etmək məqsədi daşıyır.
Ümumilikdə, kitab sərgisi müddətində müxtəlif formatlarda tədbirlər keçiriləcək. Bilirsiniz ki, burada bizim üç təqdimat zalımız var. Bu üç təqdimat zalında, eləcə də nəşriyyatların stendlərində keçiriləcək tədbirlərin sayı 300-dən çoxdur. Sizdən bu tədbirləri də gündəmdə saxlamağı xahiş edirik.
Bu il fərqli yazıçılarımız haqqında məlumat vermək istəyirəm. Bu il yubileyini qeyd etdiyimiz yazıçılardan biri 80 yaşını qeyd etdiyimiz Xalq şairi Sabir Rüstəmxanlı, digəri isə son dövrlərdə Azərbaycan mütaliə reytinqlərində ön sıralarda olan Xalq yazıçısıdır”.
Aytəkin TOFİQQIZI












