Mədəniyyət Nazirliyindən kitab sərgiləri ilə bağlı AÇIQLAMA

 11:18 19.10.2026     62

“Dünyəvi ölkələrdə sərgi tədbirləri və kitab tədbirləri keçirilir. Biz Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycanda sərgilər keçirdik. Eyni zamanda, mədəniyyət müəssisələrimizdə kitab tədbirləri keçirilir”.

Redaktor.az xəbər verir ki, bunu XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı keçirilən mətbuat konfransında Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə qeyd etdi.

O, diqqətə çatdırdı ki, sərgi ilə bağlı hər hansı təklif olarsa, Mədəniyyət Nazirliyinin bu məsələlərdə qapısı açıqdır:

“Təkliflərinizi göndərə bilərsiniz. Amma müsabiqə məsələlərini, adətən, bütün dünyada əsasən müvafiq subyektlər həyata keçirir. Bilirsiniz ki, nəşriyyatlar, kitab mağazaları və bu sahədə fəaliyyət göstərən qurumlar bu işi daha yaxşı bilirlər. Çünki Mədəniyyət Nazirliyi yalnız dəstək verə bilər. Nazirlik bu sahədə siyasəti həyata keçirir. Yəni koordinasiya və işin birbaşa təşkili ilə bilavasitə məşğul olması məsələsinə ayrıca yanaşmaq lazımdır”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən