Mədəniyyət Nazirliyindən gənc yazarlarla bağlı YENİLİK: 5 atelye yaradılır
“Hazırda Mədəniyyət Nazirliyində ədəbiyyat üzrə atelyelərin fəaliyyəti ilə bağlı ilkin işlər artıq yekunlaşıb. Hətta uşaq ədəbiyyatı ilə bağlı ilkin tədbirlərimizi də keçirəcəyik. Eləcə də klassik poeziya ilə bağlı ilk tədbirimizi keçirmişik”.
Redaktor.az xəbər verir ki, bunu XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı keçirilən mətbuat konfransında Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə vurğuladı.
Onun sözlərinə görə, atelyelər nəsr, dramaturgiya, klassik poeziya, müasir poeziya və uşaq ədəbiyyatı üzrə fəaliyyət göstərəcək:
“Beş atelye fəaliyyətə başlayacaq ki, bunlar bilavasitə Azərbaycanda gənc ədiblərin yetişdirilməsi istiqamətində fəaliyyət göstərəcəklər.
Kitab sərgisində bununla bağlı artıq açıqlamamızı vermişik. Sərgi boyunca keçiriləcək tədbirlərdə də ola bilsin ki, bu barədə ətraflı məlumat verək. Hazırda atelyelərin əsasnaməsi hazırlanır. Çox yaxın zamanda onların fəaliyyətinə başlayacağıq”.
Aytəkin TOFİQQIZI












