Kitab sərgisi regionlarda keçirilə bilərmi? 

 11:32 19.10.2026     70

“Sərgi ilə bağlı bütün məsələlərdə Bakının nəzərdə tutulmasının səbəbi var. Çünki adətən beynəlxalq sərgilər böyük şəhərlərdə keçirilir. Digər şəhərlərimizin əhalisinin beynəlxalq sərgilərdə iştirakının və həmin sərgilərə marağının yüksək olacağına əmin deyilik”.

Redaktor.az xəbər verir ki, bunu XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı keçirilən mətbuat konfransında Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə bildirdi.

“Ona görə də hələlik, qarşıdakı dövrdə Gəncə və Sumqayıtda sərgilərin keçirilməsini düşünmək olar. Amma hazırda dünyada, məsələn, kitab sərgisi keçirilən ölkələrin hər birində bir beynəlxalq sərgi olur və o da konkret bir böyük şəhərdə keçirilir.

Bizim də ən böyük şəhərimiz Bakı olduğuna görə hazırda Bakı Kitab Sərgisini keçiririk. Bunun adı da Bakı Kitab Sərgisidir, Azərbaycan Kitab Sərgisi deyil ki, onu başqa bir bölgədə də keçirək. Amma onu da deyim ki, Bakı Kitab Sərgisində digər şəhərlərimizdən və rayonlarımızdan gəlib iştirak edənlər də olur”, - deyə o qeyd etdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən