Bakıda Beynəlxalq Kitab Sərgisi keçirilir - FOTO
Oktyabrın 21-də Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisinə start verilib.
Redaktor.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və SOCAR-ın təşkilatçılığı ilə keçirilən sərgi oktyabrın 27-dək davam edəcək.
Bu il sərgi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi ilə təşkil olunur. Tədbirin əsas məqsədi uşaqlar arasında mütaliə mədəniyyətini təşviq etmək, onların kitablara marağını artırmaq və mütaliəni faydalı vərdişə çevirməkdir.
Bakı Beynəlxalq Kitab Sərgisi hər gün saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün açıqdır. Sərgiyə giriş ödənişsizdir.
Aytəkin TOFİQQIZI














