XII Bakı Beynəlxalq Kitab Sərgisini tanınmış şəxslər ziyarət ediblər - FOTO
Bakıda keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisini tanınmış ictimai-siyasi xadimlər, yazıçılar və media nümayəndələri ziyarət ediblər.
Redaktor.az xəbər verir ki, sərgidə mədəniyyət naziri Adil Kərimli, Xalq şairi Sabir Rüstəmxanlı, deputatlar Ceyhun Məmmədov, Elçin Mirzəbəyli, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və digər tanınmış şəxslər iştirak ediblər.
Qonaqlar sərgidə fəaliyyət göstərən nəşriyyatların stendləri ilə tanış olub, nümayiş etdirilən kitablar və nəşrlər barədə məlumat alıblar.
Xatırladaq ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi kitabsevərləri, yazıçıları, nəşriyyatları və ədəbiyyat nümayəndələrini bir araya gətirir.
Aytəkin TOFİQQIZI





















