Bakıda XII Beynəlxalq Kitab Sərgisi keçirilir - FOTOLAR
Bu gündən Bakıda XII Beynəlxalq Kitab Sərgisi fəaliyyətə başlayıb. Sərginin ilk günündən tanınmış şəxslər və çoxsaylı kitabsevərlər tədbirə qatılıblar.
Redaktor.az xəbər verir ki, sərgidə ziyarətçilər müxtəlif kitab nəşrləri və janrları ilə yaxından tanış olmaq, maraqlandıqları kitabları əldə etmək imkanı qazanıblar. Bədii ədəbiyyat, tarix, psixologiya, uşaq ədəbiyyatı və digər mövzularda kitablar sərgi iştirakçılarına təqdim olunur.
Tədbirdə müxtəlif kitab şəbəkələri və nəşriyyatlar öz nəşrlərini nümayiş etdirirlər. Ziyarətçilər həmçinin müəlliflərin əsərləri ilə tanış olur, kitab sahəsinin nümayəndələri ilə ünsiyyət qururlar.
Sərginin ilk günündə ziyarətçilərin fəallığı diqqət çəkir. Tədbir kitabsevərlərə yeni nəşrləri kəşf etmək, mütaliə maraqlarına uyğun kitablar seçmək və kitab dünyasındakı yeniliklərlə tanış olmaq imkanı yaradır.
XII Beynəlxalq Kitab Sərgisi bu gün saat 21:00-dək davam edəcək. Tədbir kitab mədəniyyətinin təşviqi, mütaliəyə marağın artırılması və oxucularla nəşriyyatlar arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Aytəkin TOFİQQIZI





























