Nazir müavini VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan DANIŞDI
“Bu gün bizə qoşulduğunuz üçün hər birinizə təşəkkür edirəm. Xüsusilə dost ölkələrdən gələn qonaqlarımızı salamlayıram. Bu tədbirdə 19 ölkədən media nümayəndələri iştirak edir. Onlar qarşıdakı günlərdə tədbir çərçivəsində baş verənləri işıqlandıracaqlar”.
Redaktor.az xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında mədəniyyət nazirinin müavini Fərid Cəfərov dedi.
“Bakı Prosesi və Mədəniyyətlərarası Dialoq forumlarının tarixi haqqında qısa məlumat vermək istərdim. Bakı Prosesi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə başlayıb. Məqsəd Şərq və Avropa ölkələrinin mədəniyyət nazirlərini bir araya gətirmək, Bakıda mədəniyyət məsələlərinin müzakirəsi üçün körpü yaratmaq idi.
Bu təşəbbüs əsasında Bakı Prosesi formalaşdı. 2010-cu ildə Azərbaycan Prezidenti Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışı zamanı Azərbaycanın Mədəniyyətlərarası Dialoq forumlarına ev sahibliyi edəcəyini bəyan etdi”.
Aytəkin TOFİQQIZI












