"Azərbaycanla etibarlı tərəfdaşlığımızı yüksək qiymətləndirirəm" - İSESKO-nun mərkəz direktoru

 12:24 26.10.2026     138

“Qlobal məqsədlər və bu istiqamətdə ardıcıllığın qorunması real problemlərin və məsələlərin həllinə gedən yolu qısaldır. Təkrarlanan və yenidən meydana çıxan böhranların həllində inkişaf üçün etibarlı zəmin yaradır. Praktiki ideyalardan imtina etmədən həyata keçirilə bilən həll yolları üzrə razılığa gəlməyə imkan verir. Təbii ki, bu yanaşma düzgün təhlil aparmağa kömək edən ümumiləşdirmələr etməyə də şərait yaradır”.

Redaktor.az xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında İSESKO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru Səfir Xalid Fəthərrəhman dedi.

“Bu ardıcıllıq bizə Prezident İlham Əliyevin altı il əvvəl Birləşmiş Millətlər Təşkilatında keçirilən yüksək səviyyəli görüşdə səsləndirdiyi fikirləri xatırladır. O zaman Azərbaycan çoxtərəfli əməkdaşlıq üzrə tanınmış mərkəzə çevriləcəyini bildirmişdi.

Bu məqamları nəzərə alaraq, qeyd olunan səylərin həyata keçirilməsində, müvafiq siyasətlərin dəstəklənməsində və bu forumda iştirak etməkdə Azərbaycanla etibarlı tərəfdaşlığımızı yüksək qiymətləndirirəm”, - o dedi.

Direktor diqqətə çatdırdı ki, konfrans çərçivəsində iki mühüm mövzunu əhatə edən simpoziumda da iştirak edəcəklər:

“Birinci mövzu sivilizasiya və diplomatiya ilə bağlı yeni konsepsiyadır. Bu yanaşma müasir dövrün problemlərinə, eləcə də sosial və mədəni köklərə əsaslanan mübahisələrə yeni həll yolları tapmaq və onları araşdırmaq üçün bir vasitə olacaq.

İkinci mövzu isə strateji araşdırmalarda uzaqgörənliyin əhəmiyyəti və yeni baxışların formalaşdırılmasında qabaqlayıcı yanaşmanın roludur.
Konfransda müzakirə edəcəyimiz iki əsas mövzu bunlardır”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən