“Forumda 100-dən çox ölkədən 500-dən artıq iştirakçının qatılması gözlənilir" - Fərid Cəfərov

 12:28 26.10.2026     69

“Forumda 100-dən çox ölkədən 500-dən artıq iştirakçının qatılması gözlənilir. Forumun proqramı dörd əsas dialoq istiqamətini əhatə edəcək şəkildə hazırlanıb”.

Redaktor.az xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında mədəniyyət nazirinin müavini Fərid Cəfərov dedi.

“Bunlardan birincisi dini liderlərin, ikincisi qadınların, üçüncüsü gənc liderlərin, dördüncüsü isə sahibkarların dialoqudur”, - bildirdi.

Nazir müavini vurğuladı ki, 2024-cü ildə əldə etdikləri təcrübəyə əsaslanaraq yekun sənəd, yəni ictimai bəyannamə hazırlanacaq:

“Bu sənəddə burada müzakirə etdiyimiz məsələlər və gələcək fəaliyyət istiqamətləri öz əksini tapacaq.

Eyni zamanda, xüsusilə qeyd etmək istərdim ki, Bakı Prosesi çərçivəsində keçirilən forum ayrı-ayrı, təcrid olunmuş tədbir deyil, daha geniş prosesin bir hissəsidir. Bu ildən etibarən forumun öz katibliyi fəaliyyət göstərəcək. Katiblik forumlar arasındakı dövrdə fəaliyyətlərin əlaqələndirilməsini təmin edəcək.

Hazırda yerli və xarici jurnalistlərin, media nümayəndələrinin iştirakı yüksək səviyyədədir”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən