İSESKO rəsmisi süni intellektlə bağlı risklərdən danışdı
“Süni intellekt sahəsindəki tendensiyalar və gələcək baxışlarla bağlı məsuliyyət məsələsi xüsusi əhəmiyyət daşıyır. ABŞ-də bu sahədə etik yanaşmaların formalaşdırılmasına xüsusi diqqət yetirilir”.
Redaktor.az xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında İSESKO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru Səfir Xalid Fəthərrəhman bildirdi.
Direktorun sözlərinə görə, süni intellektlə bağlı etik prinsiplər, risklər və onların idarə olunması məsələləri üzrə müxtəlif təşkilatlar öz çərçivələrini hazırlayıb və tətbiq etməyə çalışırlar:
“Nəticədə, bu məsələləri müzakirə etmək və süni intellektdən istifadədə etik prinsiplərin qorunmasını təmin edəcək ümumi yanaşma formalaşdırmaq üçün bir araya gəlirik. Buraya səhiyyə kimi sahələrdə yaranan problemlər də daxildir”.
Aytəkin TOFİQQIZI












