“Süni intellekt dünyada parçalanmanı gücləndirən amillər sırasındadır” - Rəşad Əzizov

 12:42 27.10.2026     79

“Sosial bərabərsizlik, mədəni anlaşılmazlıqlar və süni intellekt kimi Dördüncü Sənaye İnqilabının texnologiyalarının sürətli inkişafı dünyada parçalanma hissini gücləndirən amillər sırasındadır”.

Redaktor.az xəbər verir ki, bu sözləri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan biznes dialoq sessiyasında Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov dedi.

Onun sözlərinə görə, belə bir şəraitdə Bakı Prosesinin mədəniyyətlərarası dialoqun təşviq edilməsi missiyası daha böyük əhəmiyyət kəsb edir.

“VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu əvvəlki forumların zəngin irsinə əsaslanaraq, ortaq dəyərlər və dinlərarası birgəyaşayışa yönəlmiş müzakirələrdən qlobal parçalanma problemlərinin real həllinə doğru irəliləyəcək.

Forumun əsas məqsədi müzakirələrlə kifayətlənməyərək, anlaşma və əməkdaşlıq naminə tədbirlər planının hazırlanmasına və konkret fəaliyyətlərə təkan vermək, eyni zamanda mədəniyyətlərarası və dinlərarası harmoniyanın gələcək dayanıqlı inkişafda mühüm rolunu vurğulamaqdır.

Forum mədəni irs, miqrasiya, ksenofobiya, süni intellekt, iqlim dəyişikliyi, sülh və qlobal təhlükəsizlik kimi aktual mövzuları əhatə etməklə mədəniyyətlərarası dialoqa kompleks və hərtərəfli yanaşmanı təmin edəcək”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən