Sahibkarlar diplomat olmasalar da... - Forumda diqqətçəkən çıxış

 13:52 27.10.2026     59

“Bu sessiyanın adını xüsusilə bəyəndim. Forumun ümumi kontekstini də nəzərə alsaq, bu ad məni peşəkar fəaliyyətim boyunca bildiyim və təcrübədən keçirdiyim, lakin bəlkə də heç vaxt bu cür ifadə etmədiyim bir məsələ barədə düşünməyə vadar etdi. Söhbət gündəlik işgüzar münasibətlərin diplomatik tərəfidir. Bu fürsətin yaranmasına çox şadam”.

Redaktor.az xəbər verir ki, bu sözləri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan biznes dialoq sessiyasında İtaliya–Azərbaycan Ticarət Palatasının (ITAZERCOM) prezidenti Manuela Traldi dedi.

Onun sözlərinə görə, sahibkarlar mütləq diplomat olmaq məqsədi ilə fəaliyyətə başlamırlar.

“Bununla belə, öz fəaliyyətləri və qurduqları əlaqələr vasitəsilə müxtəlif mədəniyyətlər arasında dialoqa və qarşılıqlı anlaşmaya töhfə verə bilirlər və verirlər.

Uzun illər ərzində müxtəlif qitələrdə fəaliyyət göstərən, sərhədlər arasında işləyən sahibkarlara dəstək vermişəm. Xüsusilə də İtaliya–Azərbaycan Ticarət Palatasının təsisçi üzvü və prezidenti kimi fəaliyyətim bu baxımdan əhəmiyyətlidir. İkitərəfli palata olaraq, iki ölkənin biznes icmalarını bir araya gətirməyə diqqət yetirmişik”, – deyə o, fikirlərini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən