“Azərbaycanı tarixi və mədəniyyəti olan ölkə kimi tanıtmağa çalışırdıq” - Manuela Traldi

 13:54 27.10.2026     61

“Sahibkarları bir araya gətirmək istiqamətində gördüyümüz işlərin təkcə bizneslə deyil, mədəniyyətlə də sıx bağlı olduğu daha aydın görünür”.

Redaktor.az xəbər verir ki, bu sözləri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan biznes dialoq sessiyasında İtaliya–Azərbaycan Ticarət Palatasının (ITAZERCOM) prezidenti Manuela Traldi bildirdi.

“Buna bir nümunə gətirim. İtaliyanın müxtəlif şəhərlərində biznes təqdimatları təşkil etmişik. Fəaliyyətimizin əsas məqsədlərindən biri, xüsusilə də buna daha çox ehtiyac duyulan bir neçə il əvvəl, Azərbaycanı yeni və potensial bazar kimi tanıtmaq, bu bazarın təklif etdiyi imkanları diqqətə çatdırmaq idi. Lakin məqsədimiz təkcə bununla məhdudlaşmırdı. Biz, eyni zamanda, Azərbaycanı öz tarixi, mədəniyyəti və həyat tərzi olan bir ölkə kimi tanıtmağa çalışırdıq”, - o dedi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən