VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirildi - FOTO
Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.
Bu barədə Redaktor.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
27-29 oktyabr tarixlərini əhatə edən Forum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, Ümumdünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə gerçəkləşir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə təməli qoyulan mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin əsas beynəlxalq tədbiri olan Forum dialoq vasitəsilə qarşılıqlı anlaşmanın, həmrəyliyin və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir.



























