"Mədəniyyətlərarası Rəqəmsal Gələcək: Rəqəmsal və Süni İntellekt Dövrünə Qədəm Qoyan Cəmiyyətlər üçün Mədəniyyətlərarası Rəqəmsal Bacarıq” - FOTO
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 27-də Heydər Əliyev Mərkəzində "Mədəniyyətlərarası Rəqəmsal Gələcək: Rəqəmsal və Süni İntellekt Dövrünə Qədəm Qoyan Cəmiyyətlər üçün Mədəniyyətlərarası Rəqəmsal Bacarıq” mövzusunda plenar sessiyası keçirilib.
Redaktor.az xəbər verir ki, paneldə UNESCO-nun "Sosial transformasiyaların idarə edilməsi proqramı"nın rəhbəri İrakli Xodeli, “Konstelacio” təşkilatının təsisçisi və prezidenti Şarlott Kurtua, Deakin Universitetinin nümayəndəsi Emmanuel Elias və başqaları çıxış ediblər.
Bildirilib ki, rəqəmsal texnologiyalardan düzgün istifadə və gənclərdə informasiya savadlılığının formalaşdırılması dövrün əsas çağırışlarındandır. Qeyd olunub ki, rəqəmsal məkanlarda mədəniyyətlərarası anlaşma və bərabər iştirakın təmin edilməsi zəruridir.

























