Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşdü - FOTO

 20:29 27.10.2026     65

Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 27-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Tacikistan Respublikasının mədəniyyət naziri Matlubaxon Sattoriyen arasında ikitərəfli görüş olub.

Redaktor.az xəbər verir ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına görə tacikistanlı həmkarına təşəkkür edən Adil Kərimli iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın ildən-ilə inkişaf etdiyini bildirib. Qarşılıqlı mədəniyyət günlərinin təşkili, beynəlxalq incəsənət layihələrində iştirakın əlaqələrin daha da dərinləşməsinə töhfə verdiyi vurğulanıb.

Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib, “Bakı Prosesi”nin qlobal platforma kimi artan əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


Vumart və Güvən reklamı Vumart Güvən