"Gənclərə çətinliklərin öhdəsindən gəlmək üçün lazımi imkanlar yaradılmalıdır"
“Beynəlxalq hökumətlərin, beynəlxalq təşkilatların, müxtəlif ölkələrin hökumətlərinin hesabatlarından, eləcə də çoxsaylı alim və tədqiqatçıların fikirlərindən bildiyimiz kimi, gənclər cəmiyyətimizdə baş verən dəyişikliklərə qarşı ən həssas olan və bu dəyişikliklərdən ən çox təsirlənən qruplardan biridir”.
Redaktor.az xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirdi.
Onun sözlərinə görə, dünyanın fəlakətlər, pandemiyalar və münaqişələrlə sarsıldığını nəzərə alaraq, gənclərə bu çətinliklərin öhdəsindən gəlmək üçün lazımi imkanlar yaradılmalı, onlar gücləndirilməli və dəstəklənməlidirlər:
“Lakin mən bu dəyişikliklərin müsbət tərəfinə diqqət yetirmək istərdim. Çünki biz elə bir dünyada yaşayırıq ki, burada gənclər və ümumilikdə bütün nəsillər tarixdə heç vaxt olmadığı qədər geniş imkanlara malikdirlər”.
NURİYYƏ












