"Sapı özümüzdən olan qüvvələr tərəfindən ölkəmiz təhqir və həqarətlərlə üzləşib" - Allahşükür Paşazadə
“Azərbaycan müstəqil ölkədir. Sapı özümüzdən olan qüvvələr tərəfindən ölkəmiz təhqir və həqarətlərlə üzləşib. Hər birimiz xalqımızın maraqlarına, ideyalarımıza və milli dəyərlərimizə daim sadiq olmalıyıq. Belə bir zamanda ayıq-sayıq olmalıyıq”.
Redaktor.az xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirdi.
O vurğuladı ki, dindarlarımız Azərbaycan dövlətinin verdiyi qərarları dəstəkləyir, hər zaman öz dövlətimizin yanındadırlar:
“Azərbaycan öz milli maraqlarını, hüquqlarını və müstəqilliyini qorumağa hər zaman xüsusi diqqət yetirir. Ölkə daxilində verilən hər bir qərar Azərbaycanın xeyrinə olan qərarlardır. Müqəddəs Qurani-Kərimdə buyurulduğu kimi: Əuzu billahi minəş-şeytanir-racim. Bismillahir-Rahmənir-Rahim. Hamımız Allahın bizə bəxş etdiyi nemətləri tanımalı, onların qədrini bilməli və bu nemətlərə görə şükür etməliyik”.
NURİYYƏ












