Yuğ Dövlət Teatrının kollektivindən Zəfər Günü münasibətilə təbrik - VİDEO

 19:30 06.11.2026     65

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Yuğ Teatrının yaradıcı heyəti bir araya gələrək xalqımıza duyğu dolu təbrik mesajları ünvanlayıb. Teatrın səhnə ustaları, Xalq və Əməkdar artistləri, eləcə də gənc aktyorları bu tarixi günün qürurunu öz səmimi sözləri ilə ifadə ediblər. Qələbə sevincini bölüşən sənətçilər şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, qazilərimizə cansağlığı diləyiblər.

Redaktor.az sənət adamlarının Zəfər günü münasibətilə ürək sözlərini təqdim edir:

Məmmədsəfa Qasımov (Xalq artisti): "Əziz həmvətənlər! Hər birinizi xalqımızın qürur və qəhrəmanlıq salnaməsi sayılan Zəfər günü münasibətilə təbrik edirəm. Bayramınız mübarək!"

Vidadi Həsənov (Xalq artisti): "Zəfər münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə cansağlığı, sağlam həyat və uzun ömür arzulayıram."

Qasım Nağı (Əməkdar artist): "Xalqımız, millətimiz, dövlətimiz daim müvəffəq, zəfərimiz isə əbədi olsun!"​​​​​​

Əbdülqəni Əliyev (Aktyor): "Qələbə günü münasibətilə, Zəfər günü münasibətilə hamımızı təbrik edirəm. Hamımız üçün əsl könül bayramıdır, qəlb bayramıdır, ən böyük bayramlardan biridir. Bayramınız mübarək!"

Elçin Cəfərov (Teatrşünas): "Zəfər günümüz mübarək! Həmişə zəfərlər nəsibimiz olsun."

Zümrüd Qasımova (Aktrisa): "Zəfər gününüz mübarək, mən Zəfər çalmış ölkənin qadınıyam!"

Vüqar Hacıyev (Aktyor): "Zəfər gününüz mübarək! Təbrik edirəm xalqımı, elimi, obamı."

İlahə Şahverənli (Aktrisa): "Şəhidlərimizin ruhu şad olsun, qazilərimizə Allah cansağlığı versin. Zəfər günümüz mübarək!"

Təranə Ocaqverdiyeva (Aktrisa): "Bayramınız mübarək!"

Amid Qasımov (Aktyor): "Zəfərimiz mübarək!"

Elcan Əsgərov (Aktyor): "Zəfər gününüz mübarək!"

Rahib Allahquliyev (Aktyor): "Zəfərimiz mübarək!"

Vumart və Güvən reklamı Vumart Güvən