Mədəniyyət Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət etdi - FOTO
Noyabrın 8-də Mədəniyyət Nazirliyinin kollektivi, aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri, ölkəmizin tanınmış mədəniyyət xadimləri Zəfər parkını ziyarət ediblər.
Bu barədə Redaktor.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, ziyarət zamanı Zəfər abidəsinin önünə gül dəstələri qoyulub.



















