Almaniyada vəfat edən Əməkdar artistin nəşi Azərbaycana gətiriləcək

 12:42 12.11.2026     29

Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək.

Bu barədə Redaktor.az-a Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu və Almaniya Azərbaycanlıları Alyansı Arif Mirzəyevin nəşinin Azərbaycana gətirilməsi ilə bağlı zəruri işləri həyata keçirir.

Qeyd edək ki, Arif Mirzəyev noyabrın 10-u Almaniyada vəfat edib.

Vumart və Güvən reklamı Vumart Güvən