Arif Mirzəyevin nəşi sabah Azərbaycana gətirilir
Bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi noyabrın 14-də Almaniyadan Azərbaycana gətiriləcək.
Bu barədə Redaktor.az-a Almaniya Azərbaycanlıları Alyansından məlumat verilib.
Bildirilib ki, nəşin Vətənə gətirilməsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə Almaniya Azərbaycanlıları Alyansı tərəfindən təşkil olunub.
Qeyd edək ki, Arif Mirzəyev 83 yaşında Almaniyada vəfat edib.













