Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə GÖRÜŞDÜ

 17:30 21.11.2026     67

Noyabrın 21-də Yeni Dehlidə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri Qacendra Sinq Şekhavat ilə görüşüb.

Redaktor.az xəbər verir ki, Adil Kərimli forumun təşkilinə və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Görüşdə Azərbaycan-Hindistan mədəni əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər mədəniyyət günlərinin, birgə sərgilərin və festivalların təşkili, eləcə də muzey, kitabxana və digər sahələr üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

22
Vumart və Güvən reklamı Vumart Güvən