Tarixi şəhər aşkar edildi 8 illik araşdırmalar nəticə verdi

 10:34 05.04.2019     792

İraqda tarixi şəhər aşkar edilib.

Redaktor.az xarici KİV-lərə istinadən məlumat verir ki, fransız arxeoloqlar Süleymaniyyə şəhəri yaxınlığında aparılan qazıntılar zamanı tarixi 4 min il əvvələ aid olan tikililər üzə çıxarıb. Şəhərin tarixin ilk krallığı hesab edilən Akkadlar dövründə inşa edildiyi güman edilir. Ərazidə çox sayda əsərlər də aşkar edilib.

Qeyd edək ki, bu şəhərin tapılması üçün 8 ilə yaxındır araşdırmalar aparılırdı. Onun adı tarixçilərə məlum olsa da, şəhərin hansı ərazidə yerləşdiyi məlum deyildi.

Anar Türkeş / Redaktor.az