Cəlil Məmmədquluzadə heykəlinin ucaldılacağı yer Hələ də MÜƏYYƏN OLUNMAYIB

 17:25 05.04.2019     712

Cəlil Məmmədquluzadənin heykəlinin ucaldılması ilə bağlı olan məsələ hələ də öz həllini tapmayıb...

Xəbər verdiyimiz kimi, martın əvvəlində ölkə prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva bir sıra mədəniyyət və incəsənət xadimləri ilə görüşüb. İclasda müxtəlif sahələri əhatə edən fikirlər səsləndirilib. Görüşdə xalq yazıçısı Anar prezidentdən Cəlil Məmmədquluzadənin heykəlinin ucaldılmasını istəyib. Lakin görüşdən bir ay keçməsinə baxmayaraq, məsələ hələ də öz həllini tapmayıb.

Mədəniyyət Nazirliyinin rəsmisi İntiqam Hümbətov Redaktor.az-a açıqlamasında bildirib ki, heykəlinin ucaldılacağı yer hələ də müəyyən olunmayıb.

Görüşdə daha bir vacib məsələ isə ədəbiyyatımızın xaricdə təbliği məsələsi olub. Yazıçı Anarın sözlərinə görə, necə ki İspanların Servantes, almanların Höte, türklərin isə Yunus Əmrə Mərkəzi var, bizim də Füzuli mərkəzimizin yaranması vacibdir. 

Məsələylə bağlı İntiqam Hümbətov qeyd edib ki, bununla bağlı heç bir ciddi iş görülmədiyib.

Sevda Bayramova /REDAKTOR.AZ