İTV “Səs Azərbaycan”ın lisenziyasını aldı

 15:04 09.04.2019     498

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Səs Azərbaycan” layihəsinin lisenziyasını alıb.

Redaktor.Az xəbər verir ki, İTV “Talpa Global B.V” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Sənədə əsasən, şirkətin əsas layihəsi yeni mövsümdən etibarən İctimai Televiziyada yayımlanacaq. Müsabiqəyə ilk olaraq uşaqlarla start veriləcək. Daha sonra isə eyni qayda əsasında böyüklərin yarışı start götürəcək.

“Talpa Global B.V” “Səs” (The voice) kimi yüzlərlə tamaşaçı auditoriyası olan məşhur mahnı müsabiqəsinin müəllifidir.

Qeyd edək ki, layihə ilk olaraq AZTV-də yayımlanıb.

Sevda Bayramova / REDAKTOR.AZ