Mehriban Əliyeva qızları ilə konsertdə FOTOLAR

 15:16 09.04.2019     565

Heydər Əliyev sarayında dünyaca məşhur virtuoz pianoçu, Rusiyanın xalq artisti, UNESCO-nun xoşməramlı səfiri Denis Matsuyev konsert proqramı ilə çıxış edib.

Redaktor.az-ın məlumatına görə, birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva konsertdə iştirak ediblər.

Gecədə Denis Matsuyev Lüdviq van Betxovenin fortepiano üçün “17 nömrəli Sonata”sını, Sergey Raxmaninovun fortepiano üçün Korelli mövzusunda variasiyalarını, Friderik Şopenin “4 nömrəli Ballada”sını, Pyotr Çaykovskinin “ Düşüncə”sini,Sergey Prokofyevin fortepiano üçün “7 nömrəli sonata”sını və digər əsərləri ifa edib.

Sevda Bayramova / REDAKTOR.AZ