Çingiz Abdullayev “Şərəf” ordeni ilə təltif edilib

 17:51 09.04.2019     604

Prezident İlham Əliyev Çingiz Abdullayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə Çingiz Akif oğlu Abdullayev “Şərəf” ordeni ilə təltif edilsin.