Bakıda “Mənim ürəyim Moldova” sərgisi açılır FOTO

 10:29 10.04.2019     448

Bu gün Müasir İncəsənət Muzeyində moldovalı iki rəssam-Antonina və Vitaliy Qrişukların “Mənim ürəyim Moldova” adlı sərgisi açılacaq.

Redaktor.az bildirir ki, ekspozisiyada müxtəlif texniki üsullarla işlənən 50-dən çox rəsm əsəri nümayiş olunacaq. Onların bəziləri kətan üzərində yağlı boya, akvarel, qələmlə, bəziləri isə mürəkkəb kağız üzərində oyma ilə hazırlanılıb. Sərginin əsas mövzu Moldovanın təbiəti, bənzərsiz mənzərələri və Kişinyov şəhərinin memarlığı təşkil edir.

Qeyd edək ki, Antonina və Vitaliy Qrişukların rəsm əsərləri Moldova, Rumıniya, Rusiya, İsrail, İspaniya, Lüksemburq, Belçika, Almaniya, Yaponiya, Fransa kimi çoxsaylı ölkələrdə nümayiş olunub və 10-dan artıq ölkədə dövlət və şəxsi kolleksiyalara daxil edilib. Rəssamlar Moldovanı nağıllar ölkəsi kimi görür və öz əsərlərində gözəl mənzərələr, çaylar, qədim meşələr, işıq və rənglərin xüsusi cazibəsini əks etdirirlər. Onlar günün və mövsümün müxtəlif dövrlərində yeni rəsmlər yaratmaqla, memarlığını əbədiləşdirməyə çalışırlar. Antonina və Vitaliy Qrişuklar 25 ildir incəsənət sərgilərində iştirak edir və fərdi ekspozisiyalarını açırlar.

Sevda Bayramova / REDAKTOR.AZ