Bu şairlərin ölümünə qarışmayın Salam Sarvan

 12:54 10.04.2019     527

Metbuat.az kulis.az-a istinadən tanınmış şair Salam Sarvanın Musa Yaqubun müalicəsi ilə bağlı fikirlərini təqdim edir:

“İndi Musa Yaqubun  dünyadan ən gözəl gedər vaxtlarıdı. Allah istəsə, qoy getsin, dəyməyin ona... Onu çox gövrəltməyin, ümumən, yolasaldı ovqatı bağışlamayın ona. Guya səlahiyyət yiyələrindən Musa Yaqubçün  aldığınız ömür nə qədər olacaq ki?... Ümumən, dünyada şairlər, adətən, 40 yaşa qədər ölüb-bitirlər, burda problem yoxdur.

Eyni sözlər  Vaqif Bayatlının ömrünə də aiddir.  Mümkünsə, bu şairlərin ölüm  prosesinə qarışmayın (onların sağlığında heç nə eləmədiniz demirəm hələ). Vallahi, anlayıram ki, insan ömürdən doymaz, amma orası çatmır mənə ki, şairi niyə zorla Allahın əlindən almaq  istəyirsiniz, bu sizin nəyinizə lazımdı? Və ya sizin zorla almaq istədiyiniz ömür  Musa Yaqubun nəyinə lazımdı, onsuz da, 80 yaş  civarı balaca ömür deyil...”