Bakıda "Formula 1" zamanı daha bir ulduz qonaq çıxış edəcək

 23:00 10.04.2019     483

"Formula 1" üzrə Azərbaycan Qran Prisi çərçivəsində konsert proqramı ilə çıxış edəcək ikinci və son ulduz qonaq bəlli olub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Redaktor.az-a verilən məlumata görə, bu, Cardi B ləqəbli Belkalis Almanzardır.
ABŞ-dan olan müğənni 28 apreldə Bakı Kristal Zalında səhnə alacaq.

Qeyd edək ki, "Formula 1" zamanı Bakıda çıxış edəcək ilk ulduz Sem Smitdir. Britaniyalı müğənninin konserti aprelin 27-də olacaq.

Redaktor.az