Sevinc Ağasiyevanın konserti olacaq - FOTO

 10:22 17.04.2019     681

Bu gün Yarat Müasir İncəsənət mərkəzində bəstəkar, müğənni Sevinc Ağasiyevanın konserti olacaq.

Redaktor.az bildirir ki, o, çoxsaylı mahnıların, instrumental əsərlərin, həmçinin “Mələyin öpüşü” və “Lal Yuxu” filmlərinin saundtreklərinin müəllifidir. Baki musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin məzunudur. Sevinc Ağasiyeva musiqi müəllimi, etiket üzrə-ekspert müəllim və müəllim-motivator kimi fəaliyyət göstərir.

Qeyd edək ki, tədbir zamanı səhnədə onunla birgə istədadlı musiqiçilər çıxış edəcəklər.

Sevda Bayramova / REDAKTOR.AZ