“Filmlərə və seriallara dəvət etmirlər” - Xalq artistlərindən SƏRT AÇIQLAMALAR

 18:24 17.04.2019     494

Dövlət və özəl sektorlar tərəfindən müxtəlif ekran əsərləri çəkilir. Onlardan bəziləri necə deyərlər “tutur”, bəzilərinin isə tamaşaçıları heç kinoteatrların qapısından da keçmir.

Bunun səbəbi nədir? Niyə filmlərimiz "tutmur", korifey sənətkarlar əsas rol almır?

Redaktor.az-a danışan Xalq artisti Hacı İsmayılov bildirib ki, onu film və seriallara çağırmırlar:

“Filmlərə dəvət yoxdur. Adama gözəl ssenari gətirib təklif etmirlər ki, gəl bu filmdə oyna. Amma çox istərdim, yaxşı ekran əsərində çəkilim. Düzdür, gənc rejissorlar var, amma onlara da şərait yaradılmalıdır ki, gözəl iş təqdim olunsun".

Azərbaycanın Nəsimisi, Xalq artisti Rasim Balayev də Redaktor.az-a açıqlamasında problemlərin çoxluğundan gileyləndiyini bildirib:

“Filmlərə çəkilməməyimin bir çox səbəbləri var, amma ən əsası rejissorların və ssenarilərinin olmamasıdır. Teatrlardan isə ümumiyyətlə xəbərim yoxdur".

Sevda Bayramova / REDAKTOR.AZ