Mədəniyyət naziri yeni təyinatla bağlı əmr imzalayıb

 19:42 18.04.2019     638

Mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Elşən (Sərxanoğlu) Hacıyev Sumqayıt Dövlət Dram Teatrına yeni baş rəssam təyin olunub.

Redaktor.az Trend-ə istinadən bildirir ki, Hacıyev Elşən Sərxan oğlu Rəssamlıq Məktəbində və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

 

Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

Vumart və Güvən reklamı Vumart Güvən