“Əlvida, Şmidt” bədii filminin qala gecəsi keçirilib - FOTOLAR

 13:36 20.04.2019     810

Ötən gün Nizami Kino mərkəzində “Əlvida, Şmidt” adlı bədii filminin qala gecəsi keçirilib.

Redaktor.az xəbər verir ki, gecəyə yerli məşhurlar qatılıblar.

Dövlət sifarişi ilə “Mozalan” studiyasında komediya janrında çəkilən film etnik almanların Azərbaycana köçürülməsinin 200 illiyinə həsr olunub.

Ekran əsərinin quruluşçu rejissoru Əli-Səttar Quliyev, ssenari müəllifləri Rüstəm Babazadə və Əli-Səttar Quliyev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssam Əziz Məmmədov, bəstəkarı İsfar Sarabski, icraçı prodüseri Tərlan Babayev, bədii rəhbəri Lalə Kazımovadır.

Sevda Bayramova /REDAKTOR.AZ