Aşıq Pəri məclisinin konserti olacaq

 18:08 25.04.2019     716

İyunun 10-da Heydər Əliyev sarayında Aşıq Pəri məclisinin konserti gerçələşəcək.

Redaktor.az xəbər verir ki, bu haqda Aşıq Zülfiyyə məlumat verib.

Qeyd edək ki, Aşıq Pəri Məclisi 1984-cü ildə yaranıb. Yaradıcısı və ilk sədri Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Narinc Xatun olub. Aşıq yaradıcılığının inkişafına xidmət edən məclis 19-cü əsr Azərbaycan aşıq-şairi Aşıq Pərinin adını daşıyır.

Sevda Bayramova / REDAKTOR.AZ