"Bunu etməsək, narahatlıqlar artacaq" - Deputat həyəcan təbili çaldı

 16:27 26.04.2019     567

Tarix şüuru güclü olmayanların tarixə münasibəti də güclü ola bilməz.

Redaktor.az bildirir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva deyib. Millət vəkili hesab edir ki, tarixə, tarixi özündə yaşadan abidələrə münasibət onu necə öyrənməkdən başlayır:

“Yaşlı nəsli anladıq. Hamı deyəcək ki, uzun illər işğal altında yaşadıq və tarix şüurunun güclü olmasına imkan vermədilər. Bəs yetişdirdiyimiz gənc nəslin tarix şüuru necə, güclüdürmü?! Baxmağa və dəyişməyə evimizdən, ətrafımızdan başlayaq. Unutmayaq ki, tarix şüuru güclü olan millət güclü olur. Evimizdən, məktəbimizdən, televiziyalarımızdan başlayaraq bu məsələdə ciddi addımlar atmalıyıq. Kaş ki, televiziyalarımız çalıb-oynamağa, mahnı oxumağa ayırdığı zamanın heç olmasa yarısını gənclərin tarix şüurunun gücləndirilməsinə xidmət edən proqramlara ayırsın. Məktəblərimizdə Azərbaycan tarixinin tədrisinə, öyrədilməsinə daha fərqli yanaşma olsun. Nə isə... Çox şey yazmaq olar. Dəyişməliyik! Yoxsa, tariximizə olan münasibətlə bağlı narahatlıqlar daha da artacaq. Tariximizi öyrənməliyik, çünki sahiblənmə, qoruma duyğusunun gücü elə buradan qaynaqlanır”.

Firuzə Vahid / REDAKTOR.AZ