Bədii Şura TV-də nələrisə, dəyişə bilərmi? - AÇIQLAMA

 12:27 30.04.2019     521

Televiziyaların nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şuraların yaradılmasında məqsəd nədir və ya bu şuralar teleməkanın sifətini dəyişə biləcəkmi?

Redaktor.az-a açıqlamasında tanınmış telejurnalist, professor Qulu Məhərəmli deyib ki, bu cür şuraların yaradılmasının Azərbaycanın efir mədəniyyətinə heç bir təsiri olmayacaq. Bunu özəl kanalarda xüsusi kompaniya kimi dəyərləndirmək olar:

“Niyyət yaxşıdır, amma Bədii Şura anlamının özü, mahiyyəti, hansı kriteriyalara görə nizamlanmalıdır? Mexanizmi necə olacaq? Bunların heç biri yoxdur. Vaxtilə həm televiziyada, həm də kinostudiyada Bədii Şuralar olub. Bu həqiqətdir ki, onlar özlərini doğruldub, amma bunlara inanmıram. Məncə, bu şuralar formal olaraq fəaliyyət göstərəcəklər. Əvvəllər də özəl kanallar üçün Bədii Şura var idi, amma faydası yox idi. Əsas məsələ budur ki, televiziyalarda çalışan prodüsser, rejissor, redaktor və aparıcılarda peşəkarlıq, tələbkarlıq və zövqün səviyyəsi artırılmalıdır. Yoxsa 10 belə Bədii Şura yaradılsın, bunlar olmasın, deməli, hər hansı bir nəticədən söhbət gedə bilməz. Heç bir Bədii Şura rejissor formalaşdırmır".

Sevda Bayramova / REDAKTOR.AZ